Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
VI Zirvə Toplantısının Plenar iclasının keçirilməsində əsas məqsəd Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsidir

0

  •      Asiyada Əməkdaşlıq və Etimad Tədbirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən Vl Zirvə Toplantısının yekun bəyanatı dərc olunub. XXl əsrin problemlərinə ümumi həll yollarını axtarmaq, sülh yolu ilə həllini təmin etmək üçün dövlətlər arasında birgə fəaliyyət daha da güclənəcək. Küveyt AƏET-nin 28-ci tamhüquqlu üzvü kimi qəbul edilib. Qazaxıstanın 2024 - cü ilə qədər sədrliyi davam etdirildi. AƏET 5 əsas istiqamət üzrə ; iqtisadi, ekoloji, insani, yeni çağırışlar və təhdidlər və hərbi siyasi tədqiqatlar aparır. AƏET-ın qərargahı Astanada yerləşir, 28 tam və 9 müşahidəçi üzvü var.Bildiyimiz kimi, 13.10.2022-ci ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi VI Zirvə Toplantısının Plenar iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak edib. Toplantıda AƏET-nin sədri, Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayev V Zirvə Toplantısından sonra görülən işlər barədə məlumat verdi. Sonra BMT-nin Baş Katibi iclas iştirakçılarına videosu nümayiş olundu. Sonra da digər dövlət və hökumət başçıları, nümayəndə heyətinin rəhbərləri çıxış etdilər. Cənab Prezidentimiz Plenar iclasda çıxış edib. Prezident çıxışında Tokayevin Azərbaycana son rəsmi səfəri zamanı ikitərəfli gündəliyin cari məsələləri ilə bağlı səmərəli müzakirələrindən danışdı. Azərbaycan Qazaxıstanda aparılan siyasi və sosial -iqtisadi islahatları dəstəkləyir. Cənab Prezident 30 il davam edən Qarabağ münaqişəsindən danışdı. Ermənistan 1993-cü ildən Azərbaycan ərazisinin bir qismini işğal altına alıb. 30 ilə yaxın davam edən işğal zamanı şəhər və kəndlər, mədəni dini abidələrimiz, məscidlərimiz dağıdılıb, təhqir və talan edilib. Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı cinayətlər törədilib. I Qarabağ müharibəsindən bəri itkin düşənlər, işgəncələrə məruz qalanlar olub. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Təəssüf ki, 30 il ərzində erməni vandalizminə qarşı heç bir etiraz eşitmədik. Il Qarabağ müharibəsinin başa çatmasından 2 il keçsə də azad olunmuş ərazilərimiz hələ də minalardan təmizlənməyib. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdəndir. Minalardan təmizlənmə ilə paralel, ölkəmiz öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Azərbaycan xalqı ( Məcburi köçkünlər) öz doğma yurdlarına qayıdışı prosesi başlayıb. "Böyük Qayıdış " proqramı artıq başlayıb. Qarabağ münaqişəsi həll olmasına baxmayaraq, Ermənistan hələ də təxribatlar törətməkdə davam edir. Sonuncu dəfə bilin sentyabr ayında törədiblər. Azərbaycan həyata keçirdiyi genişmiqyaslı nəqliyyat infrastruktur layihəsi Beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildi. Azərbaycan Nəqliyyat dəhlizlərinin inkişafına mühüm tövbələri verir. Zəngilan dəhlizi Orta dəhlizin önəmli hissəsini təşkil edir. Beləliklə, VI Zirvə Toplantısının Plenar iclasının keçirilməsində əsas məqsəd və istiqamətlər Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsidir. Asiya ölkələrinin əməkdaşlığını gücləndirməkdən ibarətdir.Gülnarə Əlizadə,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    VI Zirvə Toplantısının Plenar iclasının keçirilməsində əsas məqsəd Asiyada sülhün təhlükəsizliyin təmin edilməsidir

    Maraqlı gələ bilər
    48